Dekabrın 1-nə Silahlı Qüvvələrə Yardım Fonduna 95,5 milyon manat, 213,6 min ABŞ dolları, 14,8 min avro və 5 min rubl vəsait daxil olub. Xəbəri Müdafiə Nazirliyi yayıb.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
1 yanvar 2018-ci ilə fondda 88 milyon 8,9 min manat, 212,9 min ABŞ dolları, 9,5 min avro və 5 min rubl vəsait vardı.