• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyalı kişilərin Ukraynaya girişi dayandırıldı

  • 30 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ukraynanın Dövlət Sərhəd Xidməti Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişini müvəqqəti yasaqlayıb. 16-60 yaşlı şəxsləri əhatə edən qadağa hərbi vəziyyət dövründə qüvvədə olacaq.

Novator.az-ın məlumatına görə, noyabrın 30-u güc strukturlarının rəhbərləri və xarici işlər nazirinin qatıldığı iclasda çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Rusiya vətəndaşlarına giriş yasağı ölkədə qanunsuz hərbi birləşmələrin gücləndirilməsinin qarşısını almaq məqsədi güdür.

Noyabrın 25-də Rusiya sərhədçiləri Qara dənizdən Azov dənizinə üzən üç Ukrayna hərbi gəmisini əsir alıb. 24 dənizçi həbs edilib. Bunun ardınca Ukraynanın Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson, Nikolayev, Odessa, Vinnitsa vilayətlərində, Azov dənizi və Qara dənizdəki daxili sularında bir aylıq hərbi vəziyyət elan olunub.

Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib, həmçinin Donetsk və Luqansk vilayətlərinin (Donbas bölgəsi) bir hissəsini işğal altında saxlayan separatçı rejimləri dəstəkləyir. Bu üç bölgədən 1,5 milyondan çox ukraynalı köçkün düşüb. Donbas bölgəsində 2014-cü ildən davam edən silahlı münaqişədə 10 mindən çox adam həlak olub.

Bakıda 1000-dən çox lifti dəyişdirmək nəzərdə tutu...

  • 30 Noyabr 2018
  • comments

Telefon qovşaqları mərkəzlərə çevrilib

  • 30 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Xəbər

2026-cı ilin ilkin büdcəsi

GLOBALS:0
comments
Xəbər

Xarici ticarət statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

Son materiallar

comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0
comments
Xəbər

Avro haradan haraya gəlib?

GLOBALS:0
comments
Xəbər

2026-cı ilin ilkin büdcəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda