• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dekabrda hava

  • 30 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə bir qədər çox olacağı ehtimalı var.

Birinci ongünlüyün ilk yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.

Ay ərzində Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənir.

Digər bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir:

Naxçıvan Muxtar Respublikası – 0-5 dərəcə şaxta (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy – 1-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl – 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-6 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 1-3 dərəcə isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz – 1-4 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 14 dərəcə isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-4, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 6-10, bəzi günlərdə 13 dərəcə isti).

Paytaxtın demoqrafik göstəriciləri

  • 30 Noyabr 2018
  • comments

Rifah reytinqi açıqlanıb

  • 30 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda