Bakıda 1000-dən çox lifti dəyişdirmək nəzərdə tutulur
- 30 Noyabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Bakıda lift təsərrüfatının yenilənməsi ilə bağlı yeni layihə hazırlanıb. Layihənin icrasına yaxın aylarda başlamaq nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov noyabrın 30-da Novator.az-a bildirib ki, layihə paytaxtın bütün rayonlarını əhatə edəcək: “Ümumilikdə Bakıda dövlət yaşayış fonduna aid binalarda təqribən 1000-1200 liftin dəyişdirilməsi planlaşdırılır. Bununla bağlı dörd-beş xarici şirkət dəvət etmişik, liftləri onlar hazırlayırlar”.
Xalid Ələkbərov qeyd edib ki, layihənin icrasına dövlət büdcəsindən 40 milyon manata yaxın vəsaitin ayrılması gözlənilir.
Əşrəf Fəxri