• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dekabrın 15-i Bakıda mitinq ola bilər

  • 29 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Qarabağ Komitəsi dekabrın 15-də mitinq keçirmək istəyir.

Bu məqsədlə komitə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Mitinqi Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda, “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirmək planlaşdırılır.

Sentyabrın 29-da komitə həmin stadionda eyni şüarlarla mitinq keçirib. Komitənin noyabrın 24-nə təyin etdiyi analoji mitinqə isə meriya razılıq verməyib. Aksiyanın təşkilatçıları buna görə Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə veriblər. İş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindədir.

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin noyabrın 8-i ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında keçirmək istədiyi piketlərə də razılıq verməyib. Aksiyalarda beynəlxalq vasitəçilərin passiv mövqeyinə, təcavüzkar Ermənistana təzyiq göstərilməməsinə etiraz bildirmək nəzərdə tutulurdu.

Qarabağ Komitəsində Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, müharibə veteranı İlham İsmayıl, jurnalist Əvəz Zeynallı və başqa şəxslər təmsil olunurlar.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Yeni məzənnələr

  • 29 Noyabr 2018
  • comments

ABŞ Konqresinə seçkilər: iki məchul var

  • 29 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Fələyin administrasiyası

GLOBALS:0
comments
Xəbər

Gürcüstan seçki havasında

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”: 19 ölkə bəllidir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Fələyin administrasiyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Fələyin administrasiyası

GLOBALS:0
comments
Xəbər

Gürcüstan seçki havasında

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda