Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov 30 sutka inzibati həbs cəzası alıb.
Qərar noyabrın 27-si Səbail Rayon Məhkəməsində çıxarılıb.
Əfqan Sadıqov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Əfqan Sadıqov bu il iyulun əvvəlində eyni ittihamla 30 sutka inzibati həbsdə olub.
2016-2108-ci illərdə isə o, xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirli bilinərək ilyarım həbsdə saxlanıb.