• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan seçki məzuniyyətinə çıxdı

  • 26 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Noyabrın 26-sı Ermənistanda növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi başlayıb. Novator.az-ın məlumatına görə, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan təşviqatda iştirak üçün dekabrın 5-dək ödənişsiz məzuniyyətə çıxıb. O, dekabrın 9-da keçiriləcək seçkidə “Mənim addımım” blokunun namizədlərinin siyahısına başçılıq edir.

Seçki yarışına “Mənim addımım” bloku ilə yanaşı “Bizlər” bloku, Ermənistan Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası, Daşnaksütun Partiyası, Qanunçuluq Ölkəsi Partiyası, İşıqlı Ermənistan Partiyası, Milli Tərəqqi Partiyası, Xristian Demokrat Dirçəlişi Partiyası, Vətəndaş Qərarı Sosial Demokrat Partiyası, Sasun Dəliləri Partiyası qatılıb.

Proporsional üsulla seçilən parlamentə keçid həddi partiyalar üçün 5 faiz, bloklar üçün 7 faizdir.

1975-ci il iyunun 1-də İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Oktyabrın 16-da o, növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verib, ancaq baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır.

Avropa meydanlarından yeni bilgilər

  • 26 Noyabr 2018
  • comments

Ukrayna prezidenti Rusiyaya tələb qoydu

  • 26 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiyanın uşaq oğurlaması: yeni araşdırma

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiyanın uşaq oğurlaması: yeni araşdırma

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda