• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aslan İsmayılova cəza kəsildi

  • 23 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Noyabrın 23-də Binəqədi Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılova illik qazancının 20 faizi tutulmaqla 1 il islah işləri və 1500 manat cərimə cəzası kəsib. Hüquqşünas xuliqanlıqda təqsirli bilinib. Hökmə əsasən, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev Aslan İsmayılovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında iddiasını icraata götürməkdən imtina edib. Bundan narazı qalan Aslan İsmayılov 2017-ci il oktyabrın 2-də məhkəmənin binasında səs-küy salıb, qapını çırpıb çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqiramiz ifadələr işlədib.

Bu ilin iyul və avqust aylarında Hafiz Hacıyev və iş adamı Mürvət Həsənlinin iddiaları əsasında Aslan İsmayılova verilmiş islah işləri və pul cəzası da hökmdə nəzərə alınıb.

Haqqında istintaq getdiyi vaxt Aslan İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması üçün iki iddia qaldırılıb. Hafiz Hacıyev və Bakıdakı “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, onlara böhtan atdığını iddia edərək cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər. Səbail Rayon Məhkəməsi həmin iddialar əsasında hüquqşünasa pul cəriməsi və islah işləri cəzası çıxarıb.

Azadliq.org-in məlumatına əsasən, noyabrın 23-ü Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə son sözlə çıxış edən Aslan İsmayılov deyib ki, ittiham saxtadır və onu ictimai fəaliyyətinə görə cəzalandırırlar: “Mən narkotik tərkibli dərmanların apteklərdə açıq satışı, kazino-qumarxanaların Bakıda fəaliyyəti, yumurta mafiyasının ölkə iqtisadiyyatına vurduğu zərbə barədə çıxışlarıma, yazılarıma görə qəzəbə tuş gəlmişdim. Ən əsas səbəb isə Milli Onkologiya Mərkəzində baş verən korrupsiyanı, biabırçılıqları ictimailəşdirməyim oldu. Mənə qarşı baş verənlərin əsas günahkarı Zakir Qaralov, Fikrət Məmmədov, Əli Həsənovdur. Başa düşdülər ki, Aslan İsmayılovu hədə-qorxu ilə dayandırmaq mümkün deyil, bu yollara əl atdılar”.

Qonur ayını ovlayanlar axtarılır

  • 23 Noyabr 2018
  • comments

Paşinyanın bloku sorğuda 68,3% səs yığıb

  • 23 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstan seçki havasında

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”: 19 ölkə bəllidir

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstan seçki havasında

Son materiallar

comments
Xəbər

Gürcüstan seçki havasında

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”: 19 ölkə bəllidir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda