Dünya birjalarında neft ucuzlaşıb. AZƏRTAC-ın 22 noyabr məlumatına görə, London birjasında brent markalı neftin bir barrelinin qiyməti 63,14 dollara, Nyu-York birjasında layt markalı neftin bir barrelinin qiyməti 54,42 dollara düşüb.
Dəyər itirən Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 65,44 dollara təklif olunur.
Novator.az bildirir ki, “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Fevralın əvvəlində Azərbaycan neftinin barreli 70,33 dollara təklif edilib. Martın əvvəlində qiymət 66,61 dollara enib.
“AzəriLayt” aprel ayına 69,86 dollarla, may ayına 75,95 dollarla, iyun ayına 79,46 dollarla başlayıb.
İyulun start qiyməti 79,23 dollar olub. Avqustun əvvəlində Azərbaycan nefti 75,75 dollara, sentyabrın əvvəlində 79,73 dollara satılıb.
Oktyabr 85,94 dollarla starta çıxıb.
Noyabrın ilk qiyməti 77,23 dollar olub.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.