Noyabrın 22-si Aşqabadda prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədləri imzalanıb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə bəyanata qol çəkiblər. İmzalanan digər sənədlər bunlardır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş”;
“Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında saziş”;
“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında anlaşma memorandumu”;
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair saziş”;
“Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında saziş”;
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında anlaşma memorandumu”;
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində ADA Universiteti ilə Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitet arasında əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında saziş”;
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair saziş”;
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında saziş”;
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında saziş”;
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq proqramı”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq proqramı”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş”.