• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurbanlı yığma

  • 21 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Novator.az Azərbaycan milli futbol komandasının Qurban Qurbanovla əldə etdiyi nəticələrə nəzər salıb.

2017-ci il noyabrın 3-də baş məşqçi təyin edilən Qurban Qurbanovun rəhbərliyi altında ilk 6 oyun yoldaşlıq görüşləri olub.

Yanvarda Türkiyənin Antalya şəhərində Moldova millisi ilə görüş qolsuz bitib.

Martda Belarusla Bakıdakı oyunda qonaqlar 1:0 üstün olublar, Antalyada Makedoniya yığması ilə matç heç-heçə bitib – 1:1.

Yığma mayda Bakıda Qırğızıstan millisinin qapısına 3 cavabsız top vurub.

İyunda Astanada Qazaxıstanın qonağı olan milli komanda 0:3 hesabı ilə uduzub, Riqada Latviya millisinə üstün gəlib – 3:1.

Qalan 6 matç sentyabr-noyabr aylarında UEFA Millətlər Liqası çərçivəsində keçirilib. D divizionunun 3-cü qrupunda yarışan Azərbaycan Kosovo ilə 0:0 və 0:4, Malta ilə iki dəfə 1:1, Farer adaları ilə 2:0 və 3:0 nəticələrinə imza atıb. Qrupu 9 xalla ikinci sırada bitirən yığma C divizionuna yüksələ bilməyib.

Ümumilikdə Qurban Qurbanovla 12 oyunun 4-ü qələbə, 5-i bərabərlik, 3-ü məğlubiyyətlə bitib. Yığma 14 top vurub, 12 top buraxıb.

Qurban Qurbanov 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

“Qarabağ” onun dövründə 5 dəfə Azərbaycan çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, 4 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

Valyutalarda enmə

  • 21 Noyabr 2018
  • comments

1, 2, 3 manata kitablar

  • 21 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda