• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli sərbəst buraxılıb

  • 19 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli 2500 manat cərimə edilərək sərbəst buraxılıb. Qərar noyabrın 19-u Səbail Rayon Məhkəməsində çıxarılıb.

Əli Kərimli noyabrın 17-si – Milli Dirçəliş Günü AXCP üzvləri və təəssübkeşləri ilə birgə Bakıdakı Şəhidlər xiyabanını ziyarət etmək istəyərkən tutulmuşdu. Polis Parlament prospektində onları saxlamış, 52 nəfər, o cümlədən Əli Kərimli, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli tutularaq Səbail Rayon Polis İdarəsinə gətirilmişdi.

Həmin gün 41 nəfər xəbərdarlıq aldıqdan sonra buraxılmış, Əli Kərimli və daha 10 nəfər (Ramid Nağıyev, Fatimə Mövlamlı, Sərdar Cəfərov, Nurlan Libre, Ramiz Cəfərov, Tahir Həsənli, Əlixan Rəcəbov, Ağababa Cəfərov, Ruslan Əmirov, Cavid İbrahimov) barəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə protokollar tərtib edilərək iş Səbail Rayon Məhkəməsinə göndərilmişdi.

Noyabrın 19-u Səbail Rayon Məhkəməsi Əli Kərimlidən başqa 7 nəfəri də cərimələyərək sərbəst buraxıb. Fatimə Mövlamlı, Nurlan Libre, Ramiz Cəfərov və Əlixan Rəcəbovun hər biri 500 manat, Ramid Nağıyev, Sərdar Cəfərov və Tahir Həsənlinin hər biri 400 manat cərimələnib.

Ağababa Cəfərov, Ruslan Əmirov və Cavid İbrahimovun hər birinə isə 20 sutka inzibati həbs verilib.

Novator.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilmə qaydasının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimələnir.

513.2-ci maddəyə əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə tətbiq edilir, yaxud yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Əli Kərimli 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

Bölgələr üzrə əhalinin sayı

  • 19 Noyabr 2018
  • comments

Müstəqillik sarayında görüş

  • 19 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda