2018-ci ildə Azərbaycan xaricdən ən çox oktyabrda məhsul alıb. Həmin ay 1 milyard 347,3 milyon dollarlıq idxal rəsmiləşib.
Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-oktyabr aylarında 9 milyard 252,5 milyon dollarlıq idxal qeydə aldığını bəyan edib. İdxal əməliyyatlarının dinamikası belədir:
yanvar – 689,7 milyon dollar
fevral – 762,8 milyon dollar
mart – 739,1 milyon dollar
aprel – 834,5 milyon dollar
may – 829,2 milyon dollar
iyun – 804,9 milyon dollar
iyul – 1 milyard 116,8 milyon dollar
avqust – 1 milyard 86,4 milyon dollar
sentyabr – 1 milyard 41,6 milyon dollar
oktyabr – 1 milyard 347,3 milyon dollar.
10 ayda Azərbaycandan 15 milyard 971,3 milyon dollarlıq məhsul ixrac olunduğu açıqlanıb. Yanvarda 1 milyard 38,7 milyon dollarlıq, fevralda 1 milyard 172,4 milyon dollarlıq, martda 1 milyard 144,5 milyon dollarlıq, apreldə 2 milyard 296,7 milyon dollarlıq, mayda 1 milyard 718,2 milyon dollarlıq, iyunda 1 milyard 291,6 milyon dollarlıq, iyulda 2 milyard 85,9 milyon dollarlıq, avqustda 2 milyard 131,5 milyon dollarlıq, sentyabrda 1 milyard 394,9 milyon dollarlıq, oktyabrda 1 milyard 696,6 milyon dollarlıq məhsul ixrac olunub.
Ən çox ixrac apreldə qeydə alınıb.