Azərbaycanın işğal olunmuş torpaqlarında qurulmuş qanunsuz Dağlıq Qarabağ rejiminin 2019-cu il büdcəsinin layihəsi açıqlanıb. Novator.az-ın məlumatına görə, layihədə gəlirlər 112,3 milyard dram, xərclər 111 milyard dram göstərilir.
1 dollar 488 drama bərabərdir.
Ermənistanın 2019-cu il büdcəsinin layihəsində gəlirlər 1 trilyon 490,6 milyard dram, xərclər 1 trilyon 642 milyard dramdır.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.