Tacikistanın Xocənd şəhərindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində baş vermiş qiyamla bağlı yeni məlumat yayılıb. AZƏRTAC bildirir ki, qiyamda həlak olan məhbusların sayı 47 nəfərə çatıb. 121 məhbus xəstəxanada müalicə alır.
Qiyam zamanı həbsxananın iki zabiti və daxili işlər orqanlarının bir xüsusi təyinatlısı həlak olub, on keşikçi yaralanıb.
Noyabrın 7-dən 8-nə keçən gecə məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq atəş açıb. Bundan sonra məhbuslar həbsxananın bir korpusunu ələ keçiriblər və bununla da qiyam başlayıb.
Qiyama görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.