UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup raundlarında dörd tur arxada qalıb. Novator.az bildirir ki, 2018-2019 mövsümü üzrə reytinqdə 9,571 əmsalla İspaniya öndədir.
Mövsümü 1 komanda ilə davam etdirən Azərbaycan 2,375 əmsal toplayıb və 55 UEFA üzvü arasında 32-ci yerdədir.
Rusiya 5,416 əmsal, Qazaxıstan 4,250 əmsal, Türkiyə 4,100 əmsal, Ukrayna 3,800 əmsal, Belarus 3,500 əmsal yığıb.
Son beş mövsümün reytinqində də İspaniya birincidir: 93,569 əmsal.
Azərbaycan 19,000 əmsalla 26-cı pillədə durur.
Reytinq UEFA üzvlərinin Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazandığı əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə yarım xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.