Energetika Nazirliyi oktyabrın hesabatını yayıb. Rəsmi məlumatda ay üzrə gündəlik neft hasilatı 783 min barrel göstərilir. Bunun 717 min barrelinin xam neft, 66 min barrelinin kondensat olduğu, gündəlik 627 min barrel xam neft, 66 min barrel kondensat, 4 min barrel neft məhsulları ixrac edildiyi vurğulanır.
Novator.az bildirir ki, hesabatlara əsasən, bu ilin yanvar ayında gündəlik neft hasilatı 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında 796 min barrel olub.