UEFA Avropa Liqasının E qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” komandası noyabrın 8-də dördüncü oyununu keçirib. Novator.az-ın məlumatına görə, Ukraynada “Vorskla” klubunun qonağı olan “Qarabağ” üstün gəlib – 1:0.
“Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) oyununda hesab açılmayıb.
Dörd turda 10 xal yığan “Arsenal” növbəti raunda vəsiqəni təmin edib. “Sportinq”in 7, “Vorskla” və “Qarabağ”ın 3 xalı var.
1/16 finala qrupda ilk iki yeri tutan komandalar çıxır.
Noyabrın 29-na təyin olunan beşinci turda “Qarabağ” “Sportinq”i, “Vorskla” “Arsenal”ı qəbul edəcək.
Qrup turnirinə dekabrın 13-də keçiriləcək “Arsenal” – “Qarabağ” və “Sportinq” – “Vorskla” oyunları ilə yekun vurulacaq.