Mərkəzi Bank noyabrın 8-də avronun kursunu 1,9423 manata endirib. Novator.az-ın məlumatına görə, gürcü larisi (0,6165 manat) və türk lirəsi də (0,3158 manat) ucuzlaşıb.
Məzənnələri sabit qalan ABŞ dolları 1,7 manata, Rusiya rublu 0,0257 manata satılır (Tam siyahı).
2015-ci ildə dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs 2018-ci il martın 7-dək qüvvədə olub. Martın 7-dən dollar 1,7 manata təklif edilir.
Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın manatı qorumaq üçün keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu 5 milyard 129,2 milyon ABŞ dolları dəyərində vəsait satıb.