• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi Bakı İrana qarşı sanksiyalara nə deyir?

  • 06 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri əvəzi Leyla Abdullayeva ABŞ-ın İrana qarşı sanksiyalarına rəsmi Bakının münasibətini açıqlayıb. AZƏRTAC-ın “Noyabrın 5-dən ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minib. Azərbaycanın bu sanksiyalara münasibəti nədən ibarətdir və sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri olacaqmı” sualını rəsmi Bakının sözçüsü belə cavablandırıb: “İran Azərbaycana yaxın qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır. Eyni zamanda Azərbaycanla ABŞ arasında çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir. Bu xüsusda ekspertlərimiz ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarını və onların mümkün təsir və nəticələrini ətraflı şəkildə araşdırır”.

2015-ci il iyulun 14-də İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, eləcə də Avropa İttifaqı arasında Tehranın atom enerjisi proqramı ilə bağlı razılaşma imzalanıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Razılaşmalar İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürüb, İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açıb.

Tehranın nüvə silahı hazırlamağa çalışdığını iddia edən ABŞ bu ilin yayında razılaşmadan çıxıb, avqustun 7-də İrana ilkin sanksiyalar tətbiq edib. Noyabrın 5-dən sanksiyaların ikinci mərhələsi qüvvəyə minib.

7 avqust sanksiyaları ilə İran hökumətinin ABŞ dolları, qızıl və qiymətli metallarla ticarət həyata keçirməsi qadağan edilib. İranın polad, kömür, alüminium ticarəti və nəqliyyat sektoruna sanksiyalar tətbiq olunub, ölkənin sərnişin təyyarələri və layner hissələri idxalı məhdudlaşdırılıb. Ölkənin milli valyutası tümən vasitəsilə xaricdə aparılan əməliyyatlara məhdudiyyətlər qoyulub. Həmçinin İran istehsalı xalçaların və yeyinti məhsullarının ABŞ-a ixracı, İranın xarici borcuna yardımlar edilməsi və satın alınması qadağan olunub.

5 noyabr sanksiyaları 6 maddədən ibarətdir. Birinci maddə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu əhatə edir.

İkinci maddə İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri nəzərdə tutur.

Digər maddələr İranın maliyyə, nəqliyyat, sığorta enerji sektoruna məhdudiyyətləri əhatə edir.

ABŞ İrandan əvvəlki nüvə proqramının hərbi aspektlərini tam açıqlamağı, bu istiqamətdə fəaliyyəti tamamilə dayandırmağı, uranı zənginləşdirməyə son verməyi, Beynəlxalq Atom Enerjisi Agentliyini bütün nüvə təsisatlarını təftiş etməyə buraxmağı, ballistik raket istehsalını, nüvə başlıqlı raketlərin sınağını və inkişaf etdirməyi dayandırmağı tələb edir və Tehrana xarici siyasətlə bağlı şərtlər qoyur.

Kreditlər 563,8 milyon, əmanətlər 637,9 milyon man...

  • 06 Noyabr 2018
  • comments

Rusiyada orta maaş: lider bölgələr və sahələr

  • 06 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda