Mərkəzi Bank noyabrın 6-da avronun məzənnəsini 1,938 manata qaldırıb. Novator.az-ın məlumatına görə, ingilis funt sterlinqi (2,2174 manat) və türk lirəsi də (0,319 manat) bahalaşıb.
ABŞ dollarının rəsmi kursu 1,7 manat, Rusiya rublu 0,0257 manat həddində saxlanıb.
Ucuzlaşan gürcü larisi isə 0,6206 manata satılır (Məzənnələr).
2015-ci ildə dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs 2018-ci il martın 7-dək qüvvədə olub. Martın 7-dən dollar banklara 1,7 manata təklif edilir.
Bu ilin 10 ayında Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün keçirdiyi valyuta hərraclarında 5 milyard 129,2 milyon ABŞ dolları dəyərində vəsait satıb. Yanvarın hərraclarında fonddan 299,1 milyon dollar, fevralın hərraclarında 364,1 milyon dollar, martın hərraclarında 647 milyon dollar, aprelin hərraclarında 802,6 milyon dollar, mayın hərraclarında 422,7 milyon dollar, iyunun hərraclarında 439 milyon dollar, iyulun hərraclarında 536,6 milyon dollar, avqustun hərraclarında 733,7 milyon dollar, sentyabrın hərraclarında 394,8 milyon, oktyabrın hərraclarında 489,6 milyon dollar məbləğində vəsait alınıb.
Noyabrın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatının həcmi 5 milyard 536,4 milyon dollar göstərilib.