• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət dilinin tətbiqi: nəzarətçi qurum yaradılır

  • 02 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi tədbirlərinə fərman verib. Noyabrın 1-də imzalanan sənəddə qeyd olunur ki, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları geniş yayılıb: “Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.

İlham Əliyev Nazirlər Kabinetinə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaratmağı tapşırıb. Dövlət büdcəsindən maliyyələşən mərkəz dövlət dilinin tətbiqinə nəzarətlə məşğul olacaq, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək.

Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlayıb təsdiqləməlidir.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu təsdiqləməyə iki ay vaxt qoyulub. Quruma ofis ayrılmalıdır.

Hökumətə kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflər hazırlayıb üç ay müddətində prezidentinə təqdim etmək vəzifəsi də həvalə olunub.

Novator.az bildirir ki, Dövlət Dil Komissiyasına prezident sədrlik edir. Onun 4 müavini var: Mehriban Əliyeva (birinci vitse-prezident), Ramiz Mehdiyev (Prezident Administrasiyasının rəhbəri), Akif Əlizadə (AMEA-nın prezidenti), Anar Rzayev (Azərbaycan Yazıçılar Birliyinin sədri).

Quruma Vasif Talıbov (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri), Əli Həsənov (prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi), İsa Həbibbəyli (AMEA-nın vitse-prezidenti), Rafael Hüseynov (Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru), Kamal Abdulla (Azərbaycan Dillər Universitetinin rektoru), Nizami Cəfərov (Atatürk Mərkəzinin müdiri) və başqa şəxslər daxildir.

Cəhənnəmdən keçmiş mələk (95)

  • 02 Noyabr 2018
  • comments

Ensiklopediyanın yeni redaksiya heyəti

  • 02 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq
  • Media
  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda