• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şəki sərəncamı

  • 01 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Oktyabrın 31-də imzalanmış sərəncamda bildirilir ki, Şəkinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu çoxəsrlik tarixi olan abidələr və unikal mədəniyyət nümunələri ilə zəngin ərazidir: “Son illərdə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində “Aşağı Karvansaray” Kompleksi, “Şəkixanovların evi”, Mirzə Fətəli Axundzadənin ev-muzeyi, qədim küçələrin bir hissəsi bərpa olunub, müəyyən abadlıq işləri görülüb.

Şəkinin turistlər üçün cəlbedici məkana çevrilməsi əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpası, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir”.

İlham Əliyev Dövlət Turizm Agentliyinə üç ay müddətində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etməyi tapşırıb. Agentlik qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlamalıdır.

Oktyabrın 29-da Şəkidə ictimaiyyət nümayəndələri ilə görüşən prezident İlham Əliyev qeyd etmişdi ki, Şəki ölkənin qədim tarixi şəhəri, öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir: “Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik”.

Prezident Mikayıl Müşfiq məsələsini nəzarətə götür...

  • 01 Noyabr 2018
  • comments

Valyutaların noyabr startı

  • 01 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Mədəniyyət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda