• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qəzalı şəbəkəyə 48 milyon manat ayrıldı

  • 31 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dövlət başçısı İlham Əliyev 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 48 milyon manat ayırıb. Oktyabrın 30-da imzalanan sərəncam Mingəçevir şəhərindəki istilik elektrik stansiyasının fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə əsaslandırılıb.

Bu il iyulun 3-də Azərbaycanın enerji sistemində iki böyük qəza baş verib. Sentyabrın 4-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq Etibar Pirverdiyevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edib. Onu Balababa Rzayev əvəzləyib.

Novator.az bildirir ki, Prezident Administrasiyasının 4 sentyabr məlumatında iyulun 3-də baş vermiş qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşandığı, Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonun elektrik enerjisi ilə təminatında fasilə yarandığı vurğulanıb: “Baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün baş nazirin birinci müavininin rəhbərliyi ilə dövlət komissiyası yaradılıb. Ötən müddət ərzində dövlət komissiyası qəzanın başvermə səbəblərini ciddi araşdırıb, çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunan geniş rəy hazırlayaraq prezidentə təqdim edib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi göstərilib, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Prezident dövlət komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib”.

Məşğulluq strategiyasının detalları

  • 31 Oktyabr 2018
  • comments

Məzənnələrin 10 ayı

  • 31 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda