• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Administrasiyası elektron kargüzarlığa keçir

  • 29 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev dövlət orqanları və qurumlarında daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, oktyabrın 27-də imzalanan fərman Prezident Administrasiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılmasını nəzərdə tutur. Kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün yaradılan “Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Prezident Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.

Prezident Administrasiyası 2019-cu il aprelin 1-dək “Elektron sənəd dövriyyəsi sistemi”nin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etməlidir. Quruma idarələrarası elektron sənəd dövriyyəsi sisteminin səmərəli fəaliyyəti üçün zəruri tədbirlər görmək də həvalə olunub. İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnaməyə, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimata dəyişikliklər edilməsinə dair təkliflər üç ay müddətində prezidentə təqdim olunmalıdır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020-ci il dekabrın 31-dək Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi altsisteminin yaradılmasını və idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyasını təmin etməlidir.

Valyuta kursları

  • 29 Oktyabr 2018
  • comments

“ASAN xidmət”də yeni xidmətlər

  • 29 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda