Mərkəzi Bank bölgələr üzrə kredit və əmanət göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 1-nə paytaxt Bakıda 10 milyard 31,4 milyon manat kreditin rəsmiləşdiyi bildirilir.
İqtisadi rayonlar üzrə statistika belədir:
Aran – 562,7 milyon manat
Abşeron – 498,6 milyon manat
Gəncə-Qazax – 477 milyon manat
Lənkəran – 202,9 milyon manat
Quba-Xaçmaz – 154,7 milyon manat
Şəki-Zaqatala – 154 milyon manat
Naxçıvan – 104,6 milyon manat
Dağlıq Şirvan – 68,7 milyon manat
Yuxarı Qarabağ – 47,5 milyon manat
Kəlbəcər-Laçın – 296,9 min manat.
Oktyabrın 1-nə Bakıda banklara 7,5 milyard manat əmanət qoyulub.
Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yoxdur. Digər bölgələrin əmanət göstəriciləri belə sıralanır:
Abşeron – 184,2 milyon manat
Gəncə-Qazax – 136,3 milyon manat
Aran – 116,9 milyon manat
Quba-Xaçmaz – 54,1 milyon manat
Lənkəran – 48,3 milyon manat
Şəki-Zaqatala – 37,9 milyon manat
Naxçıvan – 36,7 milyon manat
Dağlıq Şirvan – 17,7 milyon manat
Yuxarı Qarabağ – 11,1 milyon manat.