• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ” qrupdan çıxa bilərmi?

  • 26 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

UEFA Avropa Liqasının qrup raundunda ilk dövrə arxada qalıb. E qrupunda yarışan Azərbaycan təmsilçisi “Qarabağ” ilk üç turda məğlub olub. Səfərdə Portuqaliya “Sportinq”inə 0:2, evdə “Arsenal”a (İngiltərə) 0:3, “Vorskla”ya (Ukrayna) 0:1 hesabları ilə uduzan ağdamlılar xalsız və qolsuz vəziyyətdə qrupda dördüncü – sonuncu pillədədir.

Növbəti mərhələyə qrupda ilk iki yeri tutan komandalar vəsiqə qazanacaq. Üç turdan sonra “Arsenal”ın 9, “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var.

Noyabrın 8-də “Vorskla” “Qarabağ”ı, “Arsenal” “Sportinq”i qəbul edəcək.

“Qarabağ” – “Sportinq”, “Vorskla” – “Arsenal” oyunları noyabrın 29-na təyin olunub.

Qrup turnirinə dekabrın 13-də keçiriləcək “Arsenal” – “Qarabağ” və “Sportinq” – “Vorskla” oyunları ilə yekun vurulacaq.

Ağdam klubunun növbəti mərhələyə çıxmaq şansı qalırmı? Novator.az-ın sualını cavablandıran futbol icmalçısı Rasim Mövsümzadə deyib: “Nəzəri cəhətdən, əlbəttə, şans var. Avropa Liqasında əvvəlki mövsümlərə baxsaq, 7 xal toplayaraq qrupda ikinci yeri tutub pley-offa çıxan komandaların olduğunu görərik. Hətta bir dəfə bu, “Qarabağ”ın yer aldığı qrupda olub. 2014-2015 mövsümündə F qrupunda 7 xal toplayan Ukrayna “Dnepr”i Azərbaycan təmsilçisini bir xal qabaqlayaraq yoluna davam edib və həmin yarışda finala da çıxıb.

Təbii ki, qrup mərhələsinin ilk dövrəsində rəqiblərin gücünü gördükdən sonra “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şansının yüksək olmadığını deməliyik. Amma nəzəri cəhətdən danışırıqsa, indiki halda 6 xalla da ikinci yeri tutmaq mümkündür. Bunun üçün “Qarabağ” səfərdə “Vorskla” və evdə “Sportinq”ə qalib gəlməli, “Arsenal” da bu rəqibləri məğlub etməlidir. Həmçinin “Vorskla” Portuqaliyada “Sportinq”lə oyunda qələbə qazanmalıdır.

Üç komandanın 6 xalı olsa, o zaman onların arasındakı oyunların nəticələrinə baxılacaq və bu halda top fərqi daha yaxşı olmalıdır. “Qarabağ”da bu göstərici indi 0-3 (“Sportinq” və “Vorskla” ilə oyunların nəticələri) olduğundan növbəti oyunlarda daha böyük hesabla qalib gəlmək lazımdır.

“Arsenal”la oyunda heç-heçə və ya qələbə isə “Qarabağ”ın xalını 7-yə və ya 9-a yüksəldə bilər ki, bu da komandamızın şansını daha da artıracaq”.

“Qobu Park”da əmək yarmarkası

  • 26 Oktyabr 2018
  • comments

Avropa son dəfə qış vaxtına keçir

  • 26 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya “Baltika”nı Danimarkadan hansı pulla alıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Dayandıran olmasa, Putin dayanan deyil”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Azərbaycanı İbrahim sazişlərinə cəlb etmək – “Uoll Strit Jurnal”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya “Baltika”nı Danimarkadan hansı pulla alıb?

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya “Baltika”nı Danimarkadan hansı pulla alıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Dayandıran olmasa, Putin dayanan deyil”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda