• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bolton Ermənistana Qarabağ məsləhəti verdi

  • 25 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın paytaxtı Yerevana səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 25-də mətbuat konfransı keçirib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandıran Con Bolton deyib: “Bu problemin həlli çox çətindir. Asan olsaydı, münaqişə çoxdan tənzimlənmişdi. Mən yeni həll yolları təklif etməyə gəlməmişəm. Münaqişə tərəfləri bir-biri ilə işləməli və həll yolunu özləri tapmalıdır”.

Con Bolton qeyd edib ki, Ermənistan üçün xarici təzyiqləri azaltmağın ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Baş nazir (Nikol Paşinyanı nəzərdə tutur) qarşıdakı seçkidə qalib gəlsə, Qarabağ münaqişəsini tənzimləmək üçün inamlı addımlar atmaq şansı yaranacaq. Biz bu istiqamətdə işləməliyik ki, Azərbaycandan da müvafiq reaksiya olsun”.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir. Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.

Varlıların varlısı

  • 25 Oktyabr 2018
  • comments

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

  • 25 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda