• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Tərəfdaşlarımız başa düşsünlər ki…”

  • 24 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın Alforvil, Valans və Sent-Etyenn şəhərləri merlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə münasibət bildirib. AZƏRTAC-a danışan deputat deyib ki, Azərbaycanla Fransa arasında əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir: “Təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulub. Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup var. Qondarma Dağlıq Qarabağ rejimi ilə dostluq qrupu bu istiqamətdə “böyük xidmətlər” göstərir. Xüsusilə Fransa parlamentinin sabiq üzvü Fransua Roşbluan erməni lobbisindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq-aşkar şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və ətrafına bir qrup insan toplayıb. Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil.

Ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırlar. Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, bir cinayətdir. Həmin yerli özünüidarəetmə orqanları Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar.

Belə səfərlər və Fransa hökumətinin bu səfərlərə lazım olan qiyməti verməməsi iqtisadi əlaqələrimizə ciddi xələl gətirə bilər. Biz bir vətəndaş, parlament üzvləri olaraq fikirləşməliyik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, qondarma rejimlə qeyri-qanuni sənədlər imzalayan, faktiki cinayəti dəstəkləyən, onu tanıyan, bələdiyyələrə lazım olan qiyməti verməyən ölkənin iş adamları ilə əlaqə qurmaq lazımdırmı?

Mən istərdim Fransa tərəfi və bizim həmkarlarımız, tərəfdaşlarımız başa düşsünlər ki, Azərbaycan sülh, inkişaf istəyir. Biz Fransa-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişafını arzulayırıq. Ancaq beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in sənədləri əsasında, ərazi bütövlüyümüz çərçivəsində, dünyanın heç bir ölkəsinin tanımadığı qondarma rejimə dəstəyin verilməməsi istiqamətində aparılan işləri görmək istəyirik. Həm bələdiyyələrin, həm parlamentin, həm də hökumətin hiss olunan mövqeyini görmək istəyirik”.

Bakı Parisi xəbərdar edir

  • 24 Oktyabr 2018
  • comments

24 oktyabr məzənnələri

  • 24 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda