• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məmməd İbrahim yenə mühakimə olunacaq

  • 24 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, məhbus Məmməd İbrahimə qaldırılmış yeni cinayət işinin istintaqı yekunlaşıb. İşə Suraxanı Rayon Məhkəməsində baxılacaq. Məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim yayıb.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrında həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Suraxanı rayonunda yerləşir) karserə salınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bəyan edib ki, cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına görə tətbiq olunub.

Novator.az bildirir ki, Yasamal Rayon Məhkəməsi sentyabrın 28-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunduğu açıqlanan Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimin həbsindən verilmiş şikayəti təmin etməyib.

Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya altı ayadək müddətə azadlıqdan məhrumetmədir.

“Sosial bağlar” 125 ailəni əhatə edəcək

  • 24 Oktyabr 2018
  • comments

Əhalisi ən çox içən Rusiya şəhərləri

  • 24 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda