Əmlak Məsələləri Dövlət Komitəsinin 23 oktyabr hərracında 19 dövlət əmlakı özəlləşdirilib. Onların 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 5-i nəqliyyat vasitəsidir.
Rəsmi məlumata görə, Bakının Nəsimi rayonunda, Mir Cəlal küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracında rəqabətli mühit müşahidə olunub. Qalib iştirakçı obyektə 5 min 100 manat təklif edib.
Mingəçevir şəhəri, Xətai küçəsi, 12/1 ünvanında yerləşən obyekt 12 min 500 manata sahibini tapıb.
30 oktyabr hərracına ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onların 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsidir.