• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”

  • 22 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan oktyabrın 21-i Livanda yerli erməni icması ilə görüşüb. Novator.az-ın məlumatına görə, o, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Ermənistanda heç bir hökumət bu məsələni bağlı qapılar arxasında həll edə bilməz: “Hərdən belə bir yanlış təsəvvür yaranır ki, guya Ermənistanda Dağlıq Qarabağ münaqişəsini bağlı qapılar arasında həll edəcək hökumət ola bilər. 20 ildir gedən bu söhbətə son qoymaq lazımdır, çünki Ermənistanda hətta ən pis hökumət də Qarabağ məsələsində xalqdan gizli heç bir addım ata bilməz”.

Hökumət başçısı əlavə edib ki, hakimiyyətə məqbul görünən həll variantı xalqın müzakirəsinə təqdim olunacaq: “Məsələni həmin cür həll etməyin mümkün olub-olmadığına xalq qərar verəcək”.

Nikol Paşinyan deyib ki, münaqişənin həllində ən vacib məsələ Dağlıq Qarabağın təhlükəsizliyi və onun statusunun dəqiqləşməsidir: “Ermənistan və diaspor münaqişənin hər hansı həll variantına razılaşsa, ancaq Dağlıq Qarabağ buna yox desə, deməli, məsələ həll olunmayacaq. Dağlıq Qarabağ xalqının və hakimiyyətinin mövqeyi həlledicidir”.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir. Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.

Jurnalist də Tanrı kimi…

  • 22 Oktyabr 2018
  • comments

Məzənnə yenilikləri

  • 22 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda