• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Telekommunikasiya şəbəkələrinə qadağa siyahısı dəyişdi

  • 19 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququ olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı yenilənib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin oktyabrın 18-də imzaladığı fərmanla fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində Fövqəladə Hallar Nazirliyi, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı ümumi istifadəli telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (o cümlədən ümumi istifadəli telekommunikasiya şəbəkələrinə qoşulmuş fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri), habelə teleradio yayımının texniki təminatı (ötürülməsi) ilə bağlı texniki yayım vasitələri üzrə dayandırmaq, məhdudlaşdırmaq və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq etmək səlahiyyəti alır.

Hərbi vəziyyət şəraitində isə bu səlahiyyət Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilir.

2017-ci il aprelin 5-də “Hərbi vəziyyət haqqında” qanun qüvvəyə minib. Qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhə boyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Hərbi vəziyyət Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə; Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda elan edilə bilər.

Hərbi vəziyyət prezident fərmanı ilə elan edilir. Fərman Milli Məclisdə təsdiq edildikdə qüvvəyə minir.

Qanunda hərbi vəziyyət dövründə referendumun, seçkilərin və ya yerli rəy sorğusunun keçirilməsinin yolverilməzliyi yer alır. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.

Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi; əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara köçürülməsi; siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması; rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər.

İqtisadiyyat Nazirliyi yeni vəzifə aldı

  • 19 Oktyabr 2018
  • comments

Rəsmi kurslar

  • 19 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda