• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadiyyat Nazirliyi yeni vəzifə aldı

  • 19 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin əsasnaməsinə əlavələr fərmanı imzalayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 18-də verilən fərmanla nazirliyin vəzifələri sırasına Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək əlavə olunub.

Nazirlər Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, ölkə prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu qanunla müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını üç ay müddətində müəyyən etməlidir.

Hökumət evində yerləşən İqtisadiyyat Nazirliyi ölkənin iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazir postunu Şahin Mustafayev tutur. O, əvvəllər İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi adlanmış quruma 2008-ci ildən rəhbərlik edir.

Cəhənnəmdən keçmiş mələk (93)

  • 19 Oktyabr 2018
  • comments

Telekommunikasiya şəbəkələrinə qadağa siyahısı dəy...

  • 19 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda