Oktyabrın 18-i Özbəkistanın Rusiya paytaxtı Moskvadakı səfirliyi qarşısında mərhum prezident İslam Kərimovun abidəsi açılıb. Mərasimdə Rusiya və Özbəkistanın hakimiyyət nümayəndələri iştirak edib.
Novator.az-ın məlumatına görə, abidənin müəllifi britaniyalı heykəltəraş Pol Deydir.
Bir çox özbək və rusiyalı fəal 2016-cı il sentyabrın 2-də vəfat etmiş İslam Kərimova abidə qoyulmasını etirazla qarşılayıb.
İslam Kərimov 1938-ci ildə doğulub. 1989-cu ilin iyun ayında Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib, 1990-cı ilin martında parlamentin qərarı ilə Özbəkistan prezidenti vəzifəsinə gətirilib.
Özbəkistan müstəqillik əldə etdikdən sonra İslam Kərimov prezident postunu 1991-ci ildə keçirilən ümumxalq seçkisində tutub. 1995-ci ildə keçirilən referendumda İslam Kərimovun səlahiyyət müddəti 2000-ci ilədək uzadılıb. 2000, 2007, 2015-ci illərdə İslam Kərimov yenidən Özbəkistan prezidenti seçilib. O, sərt idarəçiliyi ilə tanınıb.
Səidə Hüseynova