• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryan partiya yaratmaq istəyir

  • 18 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistanın sabiq prezidenti Robert Köçəryan partiya yaratmaq niyyətində olduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində Robert Köçəryan qeyd edib ki, siyasətə qayıtdığı üçün partiya yaratmaq barədə düşünmək lazım gəlir. O, Ermənistanın müxalif düşərgəsində ciddi boşluq yarandığını vurğulayıb və ölkənin maraqları naminə bu boşluğu doldurmağa ehtiyac duyduğunu deyib.

Sabiq prezident hər hansı yüksək vəzifə tutmaq niyyətinin olmadığını bildirib, ancaq qeyd edib ki, ölkədə yaranmış durum fonunda kənarda qalmağı düzgün saymır.

Robert Köçəryan dekabr ayında keçirilməsi gözlənən növbədənkənar parlament seçkisinə qatılmayacağını deyib və partiya yaratmaq planları barədə bunları qeyd edib: “Mən heç bir partiyanın üzvü olmamışam. Bu o deməkdir ki, partiya yaratmaq işinə sıfırdan başlamalıyam”.

Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib. Hakimiyyətdən gedəndən sonra Robert Köçəryan Rusiyanın “Sistema” investisiya şirkətində rəhbər postda çalışıb.

2008-2018-ci illərdə prezident postunu Dağlıq Qarabağ bölgəsində doğulmuş Serj Sərkisyan tutub. Bu il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə gətirilib. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Etirazlara başçılıq edən icevanlı Nikol Paşinyan mayın 8-də baş nazir kürsüsünə oturub.

Ermənistanın Xüsusi İstintaq Xidməti bu il iyulun 26-da Robert Köçəryana cinayət işi qaldırıb. Robert Köçəryan hakimiyyətin zorakılıqla Serj Sərkisyana ötürülməsində ittiham edilir. Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Xüsusi İstintaq Xidməti sentyabrın 4-də Robert Köçəryan barəsində başqa yerə getməmək tədbiri seçib.

Bu ittihamlar fonunda Robert Köçəryan siyasətə qayıtdığını bəyan edib.

Rusiyanın maaş liderləri

  • 18 Oktyabr 2018
  • comments
Vergiler Nazirliyi

Vergilər Nazirliyindən çağırış

  • 18 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda