2018-ci ildə Azərbaycandan ən çox ixrac apreldə qeydə alınıb. Dövlət Gömrük Komitəsi həmin ayın ixracını 2 milyard 296,7 milyon dollar dəyərində göstərib.
İdxal statistikasında isə iyul ayı öndədir: 1 milyard 116,8 milyon dollar.
Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi 9 aylıq hesabatında ixracın həcminin 14 milyard 275 milyon dollar, idxalın həcminin 7 milyard 905,2 milyon dollar olduğunu bildirib.
Yanvarda 1 milyard 38,7 milyon dollarlıq, fevralda 1 milyard 172,4 milyon dollarlıq, martda 1 milyard 144,5 milyon dollarlıq, apreldə 2 milyard 296,7 milyon dollarlıq, mayda 1 milyard 718,2 milyon dollarlıq, iyunda 1 milyard 291,6 milyon dollarlıq, iyulda 2 milyard 85,9 milyon dollarlıq, avqustda 2 milyard 131,8 milyon dollarlıq, sentyabrda 1 milyard 395 milyon dollarlıq məhsul ixrac olunub.
İdxal əməliyyatlarının dinamikası belədir: yanvar – 689,7 milyon dollar, fevral – 762,8 milyon dollar, mart – 739,1 milyon dollar, aprel – 834,6 milyon dollar, may – 829,2 milyon dollar, iyun – 805 milyon dollar, iyul – 1 milyard 116,8 milyon dollar, avqust – 1 milyard 86,4 milyon dollar, sentyabr – 1 milyard 41,6 milyon dollar.