Ovlanmasına icazə verilən heyvanlar
- 11 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Azərbaycanda 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən heyvanların siyahısı açıqlanıb.
Siyahını Ekologiya və Təbii Sərtvətlər Nazirliyi açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən heyvan növləri bunlardır: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.
Mətbuat xidməti həmin heyvanların ovlanma müddətlərini və icazə verilən ov yerlərini də Novator.az-a təqdim edib.
Bundan başqa, ov etməyin qadağan olunduğu ərazilər də açıqlanıb. Həmin ərazilər bunlardır:
- Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
- Xəzər dənizinin adaları;
- yaşıl zonalar;
- şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
- xüsusi mühafizə olunan ərazilər;
- sanitar-mühafizə zonaları.
Ovlanmasına icazə verilən heyvanlar, ovlanma müddətləri və ov yerləri:
Ovlanması qadağan edilən balıqların siyahısı
Ovlanmasına icazə verilən balıqların siyahısı