• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan bir fraksiyanı neytrallaşdırdı

  • 09 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanda növbədənkənar parlament seçkisi istiqamətində yeni addım atılıb. Novator.az-ın məlumatına görə, oktyabrın 8-də Vətəndaş Sazişi Partiyasının lideri, baş nazir Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat Qaqik Sarukyanla görüşüb. Onlar parlament seçkisinin bu ilin dekabr ayında keçirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar.

İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Sabiq prezident Serj Sərkisyanın partiyasının – Respublika Partiyasının parlament fraksiyası 50 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.

Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Bu il mayın 8-də inqilabi proseslər fonunda baş nazir postunu tutan Nikol Paşinyan istefa vermək niyyətindədir. Plana əsasən, o, istefa verərkən baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır, iki həftə ərzində parlament yeni baş naziri seçmir və buraxılır, növbədənkənar seçki təyin olunur.

Nikol Paşinyan bu ilin dekabrında növbədənkənar parlament seçkisi keçirilməsini istəyir. İndiki parlamentdə çoxluğa sahib Respublika Partiyası seçkinin 2019-cu ilin may-iyun aylarında keçirilməsinə tərəfdardır.

Qaqik Sarukyanla Nikol Paşinyanın oktyabrın 8-də imzaladığı bəyannamədə baş nazirin istefa verəcəyi təqdirdə həmin posta namizəd göstərməmək və göstəriləcək namizədi dəstəkləməmək öhdəliyi də yer alır.

2008-2018-ci illərdə prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.

11 min manatı necə almaq olar?

  • 09 Oktyabr 2018
  • comments

Lirə bahalaşıb

  • 09 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda