Oktyabrın 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən balıq növlərinin siyahısını yayıb.
Nazirliyin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, Xəzər dənizinin Azərbaycana aid sektorunda və ölkədaxili şirin su hövzələrində – çaylarda, göllərdə, su anbarlarında, kanallarda ovlanmasına icazə verilən balıqlar bunlardır: kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm, şamayı, qarasol, daban, naxa, xərçəngkimilər.
Xatırladaq ki, bir neçə gün qabaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanması qadağan edilən balıqların siyahısını açıqlamışdı. Ovlanması qadağan edilən balıqlar bunlardır: dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Xəzər qızılbalığı, nərə, bölgə, uzunburun.