Mərkəzi Bank oktyabrın 5-də avronun kursunu 1,9567, ingilis funt sterlinqini 2,2118 manata qaldırıb.
Gürcü larisi (0,6489 manat), Rusiya rublu (0,0254 manat) və türk lirəsi (0,2752 manat) ucuzlaşıb.
Bir çox valyutanın, o cümlədən ABŞ dollarının rəsmi qiyməti dəyişməyib (Məzənnələr).
Novator.az bildirir ki, dollar martın 7-dən banklara 1,7 manata satılır. Kursu qorumaq üçün Mərkəzi Bankın yanvar-sentyabr aylarında keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu 4 milyard 639,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Mərkəzi Bankın hesabatına görə, oktyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 534,5 milyon dollar olub. Bu, 2018-ci ilin əvvəli ilə müqayisədə 199,9 milyon dollar artım deməkdir. Yanvarın 1-nə ehtiyatın həcmi 5 milyard 334,6 milyon dollar idi.