UEFA Avropa Liqasının E qrupunda Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası oktyabrın 4-də ikinci oyununu keçirib. Novator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” klubunu qəbul edən “Qarabağ” 0:3 hesabı ilə uduzub.
Qrupun digər oyununda da qonaq komanda üstün gəlib. Ukraynada “Vorskla” klubunun qonağı olan Portuqaliya “Sportinq”i rəqibini 2:1 hesabı ilə yenib.
İki turdan sonra “Arsenal” və “Sportinq”in 6 xalı var, “Qarabağ”la “Vorskla” isə xalsızdır.
Qalan oyunların təqvimi:
25 oktyabr
“Qarabağ” – “Vorskla”
“Sportinq” – “Arsenal”
8 noyabr
“Vorskla” – “Qarabağ”
“Arsenal” – “Sportinq”
29 noyabr
“Qarabağ” – “Sportinq”
“Vorskla” – “Arsenal”
13 dekabr
“Sportinq” – “Vorskla”
“Arsenal” – “Qarabağ”.
Növbəti mərhələyə qrupda ilk iki yeri tutan komandalar vəsiqə qazanacaq.