• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasının statusunu yenilədi

  • 05 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev fərman imzalayaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir.

Palatanın idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan prezidentinin təyin etdiyi sədrdən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

İqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali təhsili, iqtisadiyyat, hüquq, maliyyə və ya bank işi sahəsində təcrübəsi olan, ağır və xüsusilə ağır cinayətlərə, habelə mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə cinayətlərə görə məhkum edilməmiş, xarici dövlətlər qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı İdarə Heyətinin üzvü ola bilər.

İdarə Heyətinin üzvləri, habelə palatanın bütün digər vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər ödənişli fəaliyyətlə, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul ola, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.

Palatanın nizamnamə fondu 5 milyon manatdır. Onun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Palatanın fəaliyyətinə nəzarəti ölkə prezidenti həyata keçirir.

Novator.az bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası prezidentin 3 fevral 2016-cı il fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulub, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulub.

Əvvəlki nizamnaməyə görə, palatanın idarəetmə orqanları Direktorlar Şurası və İdarə Heyəti idi. 2016-cı il martın 10-da Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına Rüfət Aslanlı sədr təyin olunub.

Qonaqlar üstün gəldi

  • 05 Oktyabr 2018
  • comments

Fəxri ad və medal alan müəllimlər

  • 05 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda