• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakimlərin müşavirəsi: nöqsanlar müzakirə olunub

  • 04 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 3-də Şirvan Apellyasiya Məhkəməsinin, onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə zona müşavirəsi keçirib. Rəsmi məlumata görə, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının məsul işçilərinin iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar da müzakirə olunub.

Fikrət Məmmədov qeyd edib ki, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanır: “Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib”.

Müşavirədə hakimlərin bəzi hallarda süründürməçiliyə, işlərin hərəkətsiz saxlanmasına, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmamasına yol verdiyi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşaraq vətəndaşlarla kobud davrandığı bildirilib, hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub. Həmçinin etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı vəzifələr diqqətə çatdırılıb, apellyasiya məhkəmələrinin prinsipiallığı artırmasının, qanun pozuntularına ciddi reaksiya verməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərməsinin vacibliyi vurğulanıb.

Novator.az bildirir ki, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının 15 üzvü var.

“Qalatasaray” liderliyi əldən verdi

  • 04 Oktyabr 2018
  • comments

Ucuzluq günü

  • 04 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda