Mərkəzi Bank valyuta ehtiyatı və pul bazasının hesabatını verib. Novator.az bildirir ki, rəsmi statistikaya görə, oktyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 534,5 milyon dollar, pul bazasının həcmi 8 milyard 871,5 milyon manat olub.
Bir ayda hər iki istiqamət üzrə artım qeydə alınıb. Sentyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 503,5 milyon dollar, pul bazasının həcmi 8 milyard 318,2 milyon manat idi.