İsveç Elmlər Akademiyasının Nobel komitəsi oktyabrın 3-də 2018-ci ilin kimya üzrə laureatlarını açıqlayıb. Novator.az bildirir ki, alimlər Frensis Arnold, Corc Smit və Qreqori Vinterin Nobel mükafatına kimyəvi molekulların istiqamətləndirilmiş təkamülü işinə görə layiq görüldüyü bəyan edilib. Alimlərin kəşfinin əsasən yeni dərmanlar yaratmağa imkan verəcəyi vurğulanır.
Frensis Arnold və Corc Smit amerikalı, Qreqori Vinter britaniyalıdır.
2018-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze, fizika üzə Nobel mükafatına isə Artur Eşkin, Jerar Muru, Donna Strikland layiq görülüblər.
Nobel mükafatının məbləği 9 milyon İsveç kronudur (1 kron 0,1889 manatdır).
Səidə Hüseynova