• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Güzəştli kreditin yeni qaydaları açıqlanıb

  • 02 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Oktyabrın 2-si Bakıda sahibkarların və kredit təşkilatları nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni qaydaları açıqlanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, 2009-cu ildə yaradılmış Sahibkarlığa Kömək Milli Fondu 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənayenin və digər sahələrin inkişafına yönəldilib. Kreditlərin 75 faizi regionların, 25 faizi Bakının qəsəbələrinin payına düşür. 2018-ci ildə sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektləri 113,1 milyon manat güzəştli kredit alıb”.

Qeyd edilib ki, prezidentin 31 iyul 2018-ci il fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs yaradılıb. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50001 manatdan 1 milyon manatadək artırılıb.

Məlumat verilib ki, Sahibkarlığın İnkişafı Fondunun strukturunda təhlil və risklərin idarə edilməsi şöbəsi yaradılıb. Bu şöbə fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə mütəmadi olaraq təhlil və araşdırmalar aparacaq. Yeni yaradılmış daxili audit şöbəsi isə fondun risklərinin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin, idarəetmə prosesinin təkmilləşdirilməsi, eləcə də struktur bölmələrinin auditini həyata keçirəcək.

Ən ucuz ikiotaqlı ev 35 min 500 dollaradır 

  • 02 Oktyabr 2018
  • comments

Fizika üzrə Nobel mükafatı laureatları açıqlanıb

  • 02 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda