2018-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına iki alim – amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 1-də Stokholmdakı Kral Tibb İnstitutunun Nobel komitəsi açıqlayıb.
Alimlər Nobel mükafatına xərçəngin immun terapiyası üzrə yeni metodun kəşfinə görə layiq biliniblər.
1948-ci il təvəllüdlü Ceyms Ellison Texas Universitetinin Onkoloji Mərkəzinin, 1942-ci il təvəllüdlü Tasuku Hondze Yaponiyanın Kioto Universitetinin professorudur.
Nobel mükafatının builki məbləği 9 milyon İsveç kronu (940 min ABŞ dolları) müəyyən olunub.
Səidə Hüseynova