• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Neft və qazsız ixracın lideri

  • 01 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni ixrac icmalı açıqlayıb. İcmalda Dövlət Gömrük Komitəsinə istinadla bildirilir ki, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 12,9 milyard ABŞ dolları dəyərində ixrac qeydə alınıb. 8 ay üzrə qeyri-neft ixracı 1 milyard 94 milyon dollar dəyərində göstərilir.

Hesabata görə, 8 ayda qeyri-neft ixracı 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 131 milyon dollar və ya 14 faiz artıb. Yanvar-avqust ayları ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon, Çinə 32 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

8 ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon dollar ixrac dəyəri ilə liderdir. Siyahıda qızıl (81 milyon dollar) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon dollar) üçüncü olub.

Meyvə-tərəvəz ixracı 316 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon dollar təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.

Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin 8 aylıq hesabatına əsasən, yanvar-avqust aylarında ixracın 81,5 faizi xam neft və xam neft məhsulları, 3 faizi neft məhsulları, 6,9 faizi təbii qaz olub.

Fəlakəti durduraq

  • 01 Oktyabr 2018
  • comments

Ermənistan hərbi xərclərini artırır

  • 01 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda