• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni cinayət işi Məmməd İbrahimi həbsdə saxladı

  • 29 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatına baxaraq AXCP sədrinin müşaviri, məhbus Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Məhbusun Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunduğu açıqlanıb, o, saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya altı ayadək müddətə azadlıqdan məhrumetmədir.

Novator.az bildirir ki, Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Bu həftə, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində karserə salınmışdı. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bəyan etmişdi ki, cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından kəsici-deşici alət tapılmasına görə tətbiq olunub.

Elmar Məmmədyarovdan Qarabağ çağırışı

  • 29 Sentyabr 2018
  • comments

Oktyabr havası

  • 29 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda